Home » 1-dən çox cihazın qeydiyyatı üçün 100 manat rüsum tətbiq ediləcək

1-dən çox cihazın qeydiyyatı üçün 100 manat rüsum tətbiq ediləcək

by Zeyneb
0 comments 3 views 1 minutes read

Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ölkəyə idxal edilən mobil telefonlar aksiz vergisinə cəlb olunacaq.

Vergi Məcəlləsinə edilən dəyişikliklə ölkəyə gətirilən hər bir mobil cihaz üçün 20 manat aksiz vergisi tətbiq ediləcək. Lakin fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.

Eyni zamanda, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikə əsasən, fiziki şəxslər tərəfindən təqvim ili ərzində bazar qiymətindən asılı olmayaraq ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu tutulacaq.

Hər il üçün mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.