Home » 14 oktyabr tarixində keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb

14 oktyabr tarixində keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb

by anar
0 comments 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 oktyabr tarixində keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb. Hərraclara çıxarılan 152 əmlaka ümumilikdə 168 sifariş qəbul edilib. Bunlardan 68-i onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 15.000 manat olan “Kamaz” markalı yük maşını 22.650 manata, 5.000 manat olan “Nissan Teana” markalı avtomobil isə 10.200 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Oktyabrın 21 və 28-də keçiriləcək növbəti hərraclara 73 nəqliyyat vasitəsi və texnika çıxarılıb.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.