Home » 16,5%-lik Uğur: Banklar 330 Milyon Manatı Dayanıqlı Layihələrə Ayırdı”

16,5%-lik Uğur: Banklar 330 Milyon Manatı Dayanıqlı Layihələrə Ayırdı”

Berk Öztürk: “2 milyard manatlıq öhdəliyin 16,5%-i artıq icra olunub”

by Zeyneb
0 comments 4 views 2 minutes read

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən bu ilin əvvəlində açıqlanan ilkin hesabatda, COP29 çərçivəsində bank sektoru tərəfindən bəyan edilmiş 2 milyard manat həcmində dayanıqlı layihələrin maliyyələşdirilməsi öhdəliyinin icrasına dair ilk nəticələr təqdim olunub.

Bu barədə BBN.az-ın suallarını ABB Bankın Strategiya Ofisinin direktoru, “ESİ və Dayanıqlı bankçılıq” ekspert qrupunun rəhbəri Berk Öztürk cavablandırıb.

– Berk bəy, bu hesabatın hazırlanmasının əsas məqsədi nə idi?

– Bildiyiniz kimi, COP29 tədbiri çərçivəsində bank sektoru tərəfindən 2 milyard manat həcmində dayanıqlı layihələrin maliyyələşdirilməsi öhdəliyi bəyan olunmuşdu. Hazırlanan hesabatın əsas məqsədi bu öhdəliyin icrasını izləmək, maliyyələşdirmənin sektoral bölgüsünü əks etdirmək və əldə olunmuş nəticələri şəffaf şəkildə ictimaiyyətə təqdim etməkdir.

“Çətinliklər var, amma yol davam edir”

– İndiyədək hansı nəticələr əldə olunub?

– Bank sektoru tərəfindən indiyədək 12,762 kredit ayrılıb və təxminən 330 milyon manat həcmində maliyyələşdirmə həyata keçirilib. Bu da ümumi öhdəliyin təxminən 16,5%-i deməkdir.
Maliyyələşdirilən layihələr əsasən dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə olunması, yaşıl nəqliyyat, dairəvi iqtisadiyyat və tullantıların idarə olunması sahələrini əhatə edir.

“Azərbaycan regionda dayanıqlı maliyyədə mövqeyini gücləndirib”

– Banklar bu prosesdə hansı çətinliklərlə üzləşirlər?

– Əsas çətinliklər layihələrin texniki və maliyyə göstəricilərinin düzgün qiymətləndirilməsi, bazarda uyğun dayanıqlı layihələrin məhdudluğu, həmçinin məlumat toplama və hesabatlılıq məsələləridir. Amma bütün bunlara baxmayaraq, bank sektoru dayanıqlı inkişaf və ekoloji prioritetlər istiqamətində fəaliyyətini davam etdirir və öhdəliklərin icrasında əhəmiyyətli nəticələr əldə edib.

“Gələcək plan: yeni maliyyə alətləri və beynəlxalq tərəfdaşlıqlar”

– Azərbaycanın mövqeyi regionla müqayisədə necədir?

– Dayanıqlı maliyyə və ESG prinsipləri Azərbaycan üçün mühüm prioritet olaraq qalır. COP29 tədbirinin ölkəmizdə keçirilməsi bu istiqamətdə yeni mərhələ açdı. Tədbir çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi bank sektorunun institusional potensialını gücləndirdi. Bu da Azərbaycanın regionda dayanıqlı maliyyələşdirmə sahəsində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

– Qarşıdakı illərdə ABA və üzv bankların planları nələrdir?

– Qarşıdakı illərdə əsas hədəf daxili və beynəlxalq resurslar vasitəsilə dayanıqlı layihələrin maliyyələşdirilməsini sürətləndirmək, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqları genişləndirmək, yeni maliyyə alətləri və innovasiyaların tətbiqi, həmçinin bazar iştirakçılarının maarifləndirilməsini artırmaqdır. Bu planlar ölkədə yaşıl maliyyələşdirmənin həcmini əhəmiyyətli dərəcədə genişləndirəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.