Home » Qorxmaz Ağayev: “Azərbaycan beynəlxalq maliyyə standartlarının tətbiqində irəliləyiş əldə edib, amma effektivliyin artırılmasına ehtiyac var”

Qorxmaz Ağayev: “Azərbaycan beynəlxalq maliyyə standartlarının tətbiqində irəliləyiş əldə edib, amma effektivliyin artırılmasına ehtiyac var”

by Zeyneb
0 comments 12 views 4 minutes read

Beynəlxalq Bankçılıq və Maliyyə Sistemində Hüquqi Tənzimləmə və Azərbaycanın İnteqrasiya Perspektivləri

ABA hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev ilə müsahibə

– Qorxmaz müəllim, uzun illər bank-maliyyə sektorunda hüquqi tənzimləmə sahəsindəki təcrübənizə əsaslanaraq necə düşünürsünüz: beynəlxalq bank tənzimləmə prinsipləri və xarici ölkələrin təcrübəsi, xüsusən də ABŞ modeli nəzərdən keçirildikdə, Azərbaycan üçün hansı məqamlar diqqətəlayiqdir?

ABŞ bank sistemi ikili model əsasında fəaliyyət göstərir: banklar ya federal, ya da ştat lisenziyası ala bilirlər. Əsas tənzimləyicilər OCC, Federal Rezerv, FDIC, CFPB, SEC və FinCEN-dir. Bu modeldə əsas prinsiplər Basel III kapital və likvidlik tələbləri, FDIC tərəfindən əmanətlərin sığortalanması və aydın nəzarət mexanizmləridir.

Mərkəzi Bank tərəfindən maliyyə sektorunun dayanıqlığının artırılması məqsədilə “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” qəbul edilmişdir. Strategiyanın əsas istiqamətlərindən biri bank sektorunda prudensial tələblərin Bazel III standartlarına uyğunlaşdırılmasıdır. Bu çərçivədə artıq likvidlik üzrə yeni LCR (likvidliyin örtülmə əmsalı) normativi tətbiq edilmiş, korporativ idarəetmə standartları yenilənmiş və əməliyyat risklərinin idarəedilməsi üzrə yeni çərçivə qəbul edilmişdir. Eyni zamanda, kapital strukturu və kapital buferləri Bazel III tələblərinə uyğun yenidən işlənilmiş və qayda layihəsi bank icması ilə müzakirə olunmuşdur. Sözügedən yeni qaydanın ən qısa müddətdə qəbulu nəzərdə tutulur.

Strategiya həmçinin risk əsaslı nəzarət konsepsiyasının tətbiqini nəzərdə tutur ki, bu da ABŞ və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq nəzarətin daha effektiv və proqnozlaşdırıla bilən mexanizmlərlə aparılmasına şərait yaradır.

– Hüquqi risklərin idarə olunması banklarda necə təşkil edilməlidir?

Qlobal maliyyə mərkəzlərində banklar “üç müdafiə xətti” modelindən istifadə edirlər: birinci xətt – biznes bölmələri, ikinci xətt – hüquq və uyğunluq şöbələri, üçüncü xətt – daxili audit.

Azərbaycan bank sistemində də beynəlxalq təcrübəyə uyğun olaraq “üç müdafiə xətti” modeli tətbiq olunur. Bu yanaşma banklarda risklərin müxtəlif səviyyələrdə idarə olunmasını təmin edir, məsuliyyət bölgüsünü dəqiqləşdirir, nəzarəti gücləndirir və hüquqi risklərin vaxtında qarşısının alınmasına şərait yaradır.

– Basel, FATF və Dünya Bankı standartlarının Azərbaycandakı tətbiqi hansı vəziyyətdədir?

Yuxarıda da qeyd edildiyi kimi, Mərkəzi Bank tərəfindən maliyyə sektorunun dayanıqlığının artırılması məqsədilə “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” qəbul edilmişdir. Strategiyanın əsas istiqamətlərindən biri bank sektorunda prudensial tələblərin Bazel III standartlarına uyğunlaşdırılmasıdır. Bu çərçivədə artıq likvidlik üzrə yeni LCR (likvidliyin örtülmə əmsalı) normativi tətbiq edilmiş, korporativ idarəetmə standartları yenilənmiş və əməliyyat risklərinin idarəedilməsi üzrə yeni çərçivə qəbul edilmişdir. Eyni zamanda, kapital strukturu və kapital buferləri Bazel III tələblərinə uyğun yenidən işlənilmiş və yeni qaydanın ən qısa müddətdə qəbulu nəzərdə tutulur.

Strategiya həmçinin risk əsaslı nəzarət konsepsiyasının tətbiqini nəzərdə tutur ki, bu da ABŞ və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq nəzarətin daha effektiv və proqnozlaşdırıla bilən mexanizmlərlə aparılmasına şərait yaradır.

AML/CFT sahəsində qanunvericiliyimiz FATF tələblərinə uyğundur. MONEYVAL hesabatlarında dayanıqlı hüquqi çərçivənin mövcud olduğu göstərilir, lakin icranın effektivliyinin artırılmasına ehtiyac qalır. Dünya Bankı və IMF də şəffaflıq, faydalı mülkiyyət reyestrləri və korporativ idarəetmənin təkmilləşdirilməsini vacib sayır.

– AML/KYC üzrə Azərbaycanın əsas boşluqları nələrdir?

Ümumiyyətlə qeyd olunmalıdır ki, bank sektorunda AML/KYC üzrə yoxlamalar daha hədəfli və dərinləşdirilmiş xarakter alıb. KYC və benefisiar mülkiyyət üzrə yeni tələblər bankların gündəlik əməliyyat praktikalarında tətbiq olunur, şəffaflıq artır. Bankların daxili komplayens sistemlərinin gücləndirilməsi üçün Mərkəzi Bank metodoloji dəstək göstərir, həmçinin təlimlər və sektor üzrə maarifləndirmə tədbirləri həyata keçirilir. Sanksiyaların tətbiqi praktikasında da irəliləyiş var.

– ABŞ-da fintech və rəqəmsal bankçılığın tənzimlənməsi necədir və Azərbaycan üçün nə deməkdir?

ABŞ-da vahid fintech qanunu yoxdur, lakin OCC-nin fintech konsessiyası, FedNow ödəniş sistemi, SEC və CFTC-nin kripto qaydaları, həmçinin ştatların xüsusi lisenziyaları mövcuddur. Əsas diqqət təhlükəsizlik, AML və istehlakçı müdafiəsinə yönəldilir.

Azərbaycanda isə artıq sandbox rejimi təsdiq edilib, “Ödəniş Xidmətləri haqqında” Qanuna dəyişikliklər gündəmdədir. Növbəti mərhələdə fintech üçün ayrıca lisenziya və blockchain/kripto üzrə aydın qaydaların hazırlanması vacib olacaq.

– Süni intellekt və ağıllı müqavilələrin bank xidmətlərində istifadəsi hansı hüquqi çağırışlar yaradır?

Süni intellekt və ağıllı müqavilələr hazırda qlobal müzakirələrin əsas mövzularındandır. Avropa İttifaqı AI Aktını qəbul edib, UNCITRAL isə smart müqavilələrin hüquqi etibarlılığını təsdiqləyib. Azərbaycanda isə hələlik bu sahədə ayrıca qanun mövcud deyil.

Bizdə də AI modellərinin risk idarəçiliyi üçün çərçivə hazırlanmalı, blockchain qeydlərinin hüquqi qüvvəsi tanınmalıdır. Bu, innovasiyaların sürətli inkişafına şərait yaradacaq.

– Azərbaycanın beynəlxalq maliyyə sisteminə inteqrasiyası üçün hansı islahatlar prioritetdir?

Əsas prioritetlər bunlardır: “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na uyğun olaraq Basel III standartlarına keçidin tam təmin edilməsi, o cümlədən ICAAP (Daxili kapital adekvatlığının qiymətləndirilməsi proses) və ILAAP (Daxili likvidlik adekvatlığının qiymətləndirilməsi prosesi) implementasiyası,  ehtiyatların yaradılmasında IFRS yanaşmasının tətbiqi, AML/CFT icrasının gücləndirilməsi, elektron bankçılıq və açıq maliyyə üçün hüquqi harmonizasiya, həmçinin ISO 20022 kimi beynəlxalq ödəniş standartlarının qəbul edilməsi.

Bu addımlar Azərbaycanın beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq və investor etimadını möhkəmləndirəcək.

– Gələcəkdə maliyyə hüququnda hansı qlobal trendlər Azərbaycanın gündəminə təsir göstərəcək?

Yaxın illərdə əsas təsir göstərəcək trendlər süni intellektin tənzimlənməsi, rəqəmsal aktivlər, ESG standartları, kiber təhlükəsizlik və açıq bankçılıq olacaq. Azərbaycan bu trendlərə vaxtında uyğunlaşmalıdır. İqlim riskləri ilə bağlı siyasətlərin hazırlanması, rəqəmsal ödəniş texnologiyalarında AML qaydalarının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq ölkəmizin rəqabət qabiliyyətini qoruyacaq.

 

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.