Home » 184 kommersiya mübahisəsi “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanında müsbət həll olunub

184 kommersiya mübahisəsi “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanında müsbət həll olunub

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sahibkarlar kommersiya mübahisələrinin məhkəməyə getmədən həlli üçün “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər.

Sahibkarlıq fəaliyyəti zamanı yaranan mübahisələrin tərəflərin qarşılıqlı və könüllü istəyi ilə məhkəməyə getmədən həlli məqsədilə biznes subyektləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Mediasiya Şurasının əməkdaşlığı çərçivəsində “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər.

2023-cü ildə “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına kommersiya mübahisələri üzrə daxil olmuş müraciətlərin əksəriyyəti məhkəməyə getmədən, mediasiya yolu ilə öz müsbət həllini tapıb. Belə ki, ötən il “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına daxil olmuş kommersiya mübahisələrinin 184-ü üzrə tərəflər arasında barışıq sazişi imzalanıb.

Qeyd edək ki, mediasiya – mübahisələrin neytral, qərəzsiz və işdə marağı olmayan üçüncü şəxslər tərəfindən məhkəməyədək alternativ həlli yoludur. Kommersiya mübahisələrinin həlli üçün də mediasiya tərəflərin könüllü əsaslarla müraciətinə əsaslanan effektiv həll metoddur. İşgüzar mübahisələrin mediasiya yolu ilə həll olunması vaxt itkisinin, əlavə xərclərin və kommersiya sirrinin yayılmasının qarşısını alır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.