Home » “MERKURİ BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“MERKURİ BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

by Zeyneb
0 comments 1 views 1 minutes read

19 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MERKURİ BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2002019753 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “MERKURİ BOKT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2002019753
İstiqrazların növü və forması Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması Kütləvi/Birqiymətli Hərrac 
İstiqrazların sayı 22,000 ədəd
İlkin ticarət qiyməti 50 manat
İstiqrazların buraxılış həcmi 1,100,000 manat
İllik gəlirlilik faizi 17%
Hərrac qiyməti 50 manat
İstiqrazların reallaşdırılmış həcmi 1,100,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 1,100,000 manat
İnvestor sayı 50
Sifariş sayı 50
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 5 il
Anderrayter “CPM-İnvest İnvestisiya Şirkəti” ASC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.