Home » 2006-2009-cu illərdə sığortaedənlərin ödədiyi 1,1 milyard manatlıq vəsaitin 75 faizi fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilib

2006-2009-cu illərdə sığortaedənlərin ödədiyi 1,1 milyard manatlıq vəsaitin 75 faizi fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilib

by bbnadm
0 comment 0 views 3 minutes read

Sığortaedənlər tərəfindən 2006-2009-cu illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş vəsait həmin işçilərin fərdi hesablarına yerləşdirilib. Toplanmış 1,1 milyard manat vəsaitin 75 faizi artıq vətəndaşların fərdi hesablarına bərkidilib. Bu da fərdi hesablar üzrə uçotun mərkəzləşdirilməsinin tam təmin edilməsi nəticəsində mümkün olub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlayıb.

Nazir deyib ki, bu addım həmin fərdi hesabların sahibləri olan işçilərin gələcək pensiya təminatına, pensiya artımına, daha çox pensiya almalarına kömək edəcək. Vəsaitin fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq.

Qeyd edək ki, fərdi uçot sistemində hər bir işçinin fərdi şəxsi hesabı mövcuddur. Bu hesabda toplanan vəsait sığortaolunanın pensiya hüququnun formalaşmasında, habelə bu hüquq yarandıqda pensiyasının məbləğinin müəyyən edilməsində əsas rola malikdir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.