Home » 2007-ci il istehsalı olan “iPhone” 190.000 dollara satıldı

2007-ci il istehsalı olan “iPhone” 190.000 dollara satıldı

by anar
0 comment 10 views 1 minutes read

Hərracda 2007-ci il istehsalı olan “iPhone” 190.000 dollara satılıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, əsasən “iPhone”ları aldıqdan sonra, onların real dəyəri enir. Ancaq ABŞ-da keçirilən hərracda isə bunun əksi baş verib.

Qeyd edək ki, 4 GB yaddaşı olan “iPhone” hərracda satılan modeli ilk dəfə 2007-ci ildə “Apple”ın CEO-su Stiv Cobs tərəfindən təqdim edilib. 2 ay keçdikdən sonra isə texnologiya nəhəngi smartfonun qiymətində endirim təklif etmişdi. Təqdim edilən zaman orijinal qiyməti isə 599 dollar idi. Daha sonra elə həmin ildə istifadəçilərə daha çox, daha dəqiq 8 GB yaddaş həcmi təklif edən telefon 100 dollar daha baha satılırdı.

Xatırlatmaq yerinə düşər ki, Stiv Cobs 2011-ci ildə 56 yaşında ikən mədəaltı vəzi xərçəngindən vəfat etmişdir. Zaman-zaman Stiv Cobsun həyatı ilə bağlı olan şəxsi əşyalar, yaxud “iPhone” smartfonları hərraca çıxarılmaqla satılır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.