Home » 2019-cu ildə Energetika Nazirliyi tərəfindən 242 icazə verilib

2019-cu ildə Energetika Nazirliyi tərəfindən 242 icazə verilib

by bbnadm
0 comment 0 views 1 minutes read

2019-cu ildə Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 241 icazə verilib. Bunlardan 202-si ixrac nəzarətinə düşən malların idxalı, 5-i ixrac nəzarətinə düşən malların ixracı, 34-ü isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Bu dövrdə 202 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Hesabat dövründə həmçinin “Lisenziyalar və icazələr haqqında” Qanuna 3 nömrəli əlavənin və “Elektroenergetika haqqında” Qanunun müvafiq maddələrinə əsasən, elektrik enerjisinin idxalına 1 icazə verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.