2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 mln. manat təşkil etmişdir ki, bu da proqnozlaşdırılan 2022,0 mln. manat kəsirdən 1816,8 mln. manat və ya 9,9 dəfə azdır.
Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilmişdir.
2019-cu ilin icmal büdcəsinin gəlirləri 33818,3 mln. manat olmuşdur ki, bu da proqnoza nisbətən 4583,5 mln. manat və ya 15,7 faiz, 2018-ci illə müqayisədə isə 2893,6 mln. manat və ya 9,4 faiz çoxdur.
2019-cu ilin icmal büdcəsinin xərcləri 26475,6 mln. manat 96,7 faiz təşkil etmişdir.
2019-cu ilin icmal büdcəsində 7342,7 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da proqnoza (1863,9 mln. manat) nisbətən 5478,8 mln. manat və ya 3,9 dəfə çoxdur.