Home » 2021-ci ildə bank-maliyyə sektoru-QISA İCMAL

2021-ci ildə bank-maliyyə sektoru-QISA İCMAL

by bbnadm
0 rəy 11 baxış 15 dəqiqə oxuma

2021-ci il bank-maliyyə sektorunda müxtəlif dəyişikliklər və hadisələrlə yadda qaldı.

Bəs bunlar hansılar idi?!

Yada salaq:

6 yanvar – Azərbaycanda “Banklar haqqında qanun” dəyişdi

Dəyişikliyə əsasən, bundan sonra kapitalını itirmiş bankın nizamnamə kapitalının məbləği 1 manata endiriləcək və bank bu qiymətə satın alına biləcək.

6 yanvar – “ƏDV-ni geri al” “İlin innovasiya layihəsi” seçildi.

 11 yanvar –  Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 550 manatlıqların buraxılacağı elan edildi.

15 yanvar– Asiya İnkişaf Bankı (ADB) Yevgeni Jukovu Mərkəzi və Qərbi Asiya üzrə regional departamentinin baş direktoru təyin etdi.

23 yanvar – “S & P Global Ratings” Beynəlxalq Agentliyi Azərbaycanın reytinqlərinə dair proqnozunu “mənfi”dən “sabit”ədək artırıb, eyni zamanda, xarici, yerli valyutada olan uzun və qısamüddətli suveren kredit reytinqlərini “BB+ / B” səviyyəsində saxladı.

23 Yanvar – Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı zəfəri tarixi hadisə olaraq Türkiyədə buraxılan gümüş xatirə sikkəsində öz əksini tapdı.

27 yanvar – Ani Ödənişlər Sistemində “QR kod”la ödəmə funksionallığı istifadəyə verildi.

22 fevral – Azərbaycan Banklar Assosiasiyasına yeni üzvlər qəbul edildi.

ABA-ya üzv olmaq məqsədiylə 1 bank – “Naxçıvanbank” ASC və 2 qeyri-bank – “Azərbaycan Kredit Bürosu” MMC-nin, “MilliKart” MMC-nin müraciətlərinə baxılıb. Müraciətlər iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilərək bu təşkilatlar ABA-nın üzvlərinin siyahısına daxil edilib. Beləliklə hazırda ABA-ya üzv təşkilatların sayı artaraq 26 bank və 6 qeyri-bank olub.

3 mart-: Azərbaycanda təmassız ödənişlər limiti 100 manata çatdırıldı.

31 mart – “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) kiçik və orta biznes sahəsində ən böyük beynəlxalq icmalardan olan “SME Banking Club”ın müəyyən etdiyi – MDB və Qafqaz ölkələri arasında kiçik və orta biznesə innovativ imkanlar yaradan 20 ən yaxşı bankın reytinqində öz yerini tutdu.

31 mart– “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminə dair proqnozunu “mənfi”dən “sabit”ə qaldırdı

5 aprel – Ani Ödənişlər Sisteminə (AÖS)  daha 3 bank qoşuldu.

“Bank Respublika” , “Bank BTB” və “PAŞA Bank” AÖS-nə  inteqrasiya olundu.

7 aprel – Azərbaycan Mərkəzi Bankı “Moneygram”ın Qarabağdakı fəaliyyətinə dair açıqlama yaydı.

AMB bununla əlaqədar bildirdi ki, həqiqətən də “Moneygram” pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə işğal altında olan əraziləriə qanunsuz fəaliyyət göstərib və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə, beynəlxalq prinsiplərə müvafiq olaraq ölkə ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib.

12 aprel – Azərbaycanda əhaliyə xidmət üzrə “Nağd pul ofisi” yaradıldı.

21 aprel – Azərbaycanda sığorta savadlılığının artırılması layihəsinə start verildi.

23 aprel- ABA bank məlumatlarının oğurlanması ilə bağlı məsələlərə aydınlıq gətirdi.

23 aprel – AMB ilə Türkiyənin Kapital Bazarları Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

Memorandumun məqsədi iki ölkənin milli qanunvericiliklərinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində requlyativ əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkil olunması, araşdırmaların aparılmasında dəstək və məlumat mübadiləsinin təmin edilməsi üçün zəruri çərçivənin formalaşdırılmasından ibarətdir.

28 aprel – Azərbaycan Mərkəzi Bankı “Mastercard”la Anlaşma Memorandumu imzalandı.

AMB və “Mastercard” beynəlxalq kart təşkilatı arasında növbəti strateji dövrdə ölkə üzrə rəqəmsal ödənişlərin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

3 may – “Rabitəbank”ın İdarə Heyətinin sədri dəyişdi.

“Rabitəbank”ASC-nin Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyəti tərkibində dəyişiklik baş tutub. Belə ki, 3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb.

7 may – Azərbaycan Mərkəzi Bankı və “Visa” Strateji Əməkdaşlıq Müqaviləsi imzaladı.

26 may – Azərbaycanda üztanıma texnologiyası əsasında kiçik kreditlərin verilməsinə başlanılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “AzPul” MMC bank olmayan kredit təşkilatı (BOKT) arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb.

2 iyun – “Visa” Kristina Doroşun Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezident və regional menecer vəzifəsinə təyinatını elan etdi.

10 iyun – Azərbaycan bankları 1 000-dən çox vətəndaşa özünüməşğulluq proqramı çərçivəsində biznesini qurmaqda dəstək verdi.

18 iyun– Azərbaycanda auditorların reytinqi açıqlandı.

Böyük 4-lüyə daxil olan auditor təşkilatlarının sıralaması dəyişmədi. İlk yeri yenə də “Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin yerli filialı, II yeri “PwC Azerbaijan” MMC, III yeri “KPMG Audit Azerbaijan” MMC, IV yeri isə “Deloitte & Touch” MMC tutub.

18 iyun – Azərbaycanda investorlar üçün yeni xidmət istifadəyə verildi.

İnvestorların “Elektron Kabinet” platforması üzərindən “Hesablararası transfer” funksiyası yaradılmış və tam olaraq sınaqdan keçirilərək istifadəyə verilib.

24 iyun – Ani Ödənişlər Sistemində xidmət haqqı tariflərinin güzəşt müddəti artırıldı.

28 iyun – Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edildi.

Bu vəzifəyə əslən azərbaycanlı olan Aytən Rüstəmova təyin edilib.

1 iyul – Pandemiya ilə əlaqədar maliyyə sektoruna dəstəkləyici tədbirlər paketinin vaxtı uzadıldı

2 iyul – Dəmir yollarında gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi layihəsi real rejimdə istifadəyə verildi.

14 iyul – AMB sığortanın inkişafı üçün beynəlxalq əməkdaşlığı barədə açıqlama yaydı.

Hazırda AMB ilə Dünya Bankı, Beynəlxalq Sığorta Nəzarətçiəri Assosiyasiyasına üzv olan qabaqcıl ölkələrinin nəzarət və tənzimləyici qurumları, habelə Türkiyə Sığortaçılıq İnstitutu Vakfı arasında bir sıra mövzularda texniki yardım və qarşılıqlı təcrübə mübadilələri həyata keçirilməkdədir. Texniki yardım və təcrübə mübadilələri sığorta sektorunda risk əsaslı tənizmləmə və nəzarət, kadr potensialının genişləndirilməsi, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının qorunması və digər istiqamətləri əhatə edir.

17 iyul – “Mikro Maliyyə Kredit İttifaqı”nın lisenziyası ləğv olundu

22 iyul – Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) koronavirusla mübarizə çərçivəsində Azərbaycana 100 milyon ABŞ dolları dəyərində kredit ayırdı.

24 iyul – “S&P” Azərbaycanın kredit reytinqlərini təsdiqlədi.

“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib və reytinqlər üzrə proqnozunu “Sabit” olaraq saxladı

30 iyul – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı.

3 avqust – Azərbaycan banklarında informasiya təhlükəsizliyinə dair qayda təsdiqləndi.

9 avqust – Dövlət BOKT-unun Müşahidə Şurasının sədri dəyişdi

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasına yeni sədri Ziyəddin Allahverdiyev təyin edildi.

12 avqust – “Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında dəyişiklik oldu.

Şuranın üzvü olan Elşən Bədirxanovu Elçin Qədimov əvəz edib.

16 avqust – Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Bank Respublika”ya manatla 9,5 milyon ABŞ dollarlıq (7,96 milyon avro) təminatsız kredit ayırdı.

19 avqust – Asiya İnkişaf Bankı (ADB) Azərbaycana ilk özəl sektor üçün aqrobiznes krediti ayırıb

26 avqust – Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olundu.

30 avqust – ABA qardaş Türkiyəyə “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ən çox ağac tingi vermiş ikinci təşkilat oldu.

6 sentyabr – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azfinans” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına aldı.

10 sentyabr – Azərbaycan Mərkəzi Bankı pul nişanları ilə bağlı banklara göstəriş Verdi.

Kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və yaxud AMB-nin müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.

14 sentyabr – Azərbaycan Mərkəzi Bankının Naxçıvan MR-dakı idarəsinin rəisi Elvin Axundov vəzifəsindən azad edilərək idarəyə rəhbərlik Elçin Əliyevə həvalə olundu.

17 sentyabr – Azərbaycan Mərkəzi Bankı 5 illik fasilədən sonra uçot dərəcəsini artırdı.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə, dəhlizin aşağı həddinin 5,75%-dən 6%-ə, yuxarı həddinin isə 6,75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul etdi.

21 sentyabr – Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırıldı.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.

İndiyə qədər həmin müddət 2019-2023-cü illəri əhatə edirdi.

27 sentyabr – Azərbaycan Mərkəzi Bankı “Total Finans Kredit İttifaqı”na lisenziya Verdi

6 oktyabr – Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırdı.

6 oktyabr – AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 52 aylıq minimumu yenilədi.

7 oktyabr – Azərbaycan Mərkəzi Bankı “FNC” BOKT-a lisenziya Verdi.

11 oktyabr – Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradıldı.

11 oktyabr – Kamola Mahmudova Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan paytaxtı Bakı şəhərində yerləşən ölkə nümayəndəliyinin rəhbəri təyin edildi.

13 oktyabr – Azərbaycan Mərkəzi Bankında yeni təyinat oldu.

Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə Namiq Nağdəliyev yeni direktor təyin edildi.

13 oktyabr – “Azərbaycan Banklar Assosiasiyası” və Qarabağ Dirçəliş Fondu əməkdaşlığa başladı.

14 oktyabr – Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC “PAŞA Bank” ASC ilə əməkdaşlıq müqaviləsi imzaladı.

14 oktyabr – “Bank Respublika” İqtisad Universiteti ilə əməkdaşlıq memorandumu imzaladı.

29 oktyabr – ADIF kreditorları üçün xüsusi platforma və elektron hərrac platforması yaratdı.

29 oktyabr – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5%-dən 7%-ə çatdırılması barədə qərar qəbul etdi.

29 oktyabr – Azərbaycanda 4 sistem əhəmiyyətli bankın fəaliyyət göstərdiyi açıqlandı.

2 noyabr – “MasterCard” Azərbaycan banklarına məxsus taksit kartlarının Türkiyədə də keçərli olması barədə Türkiyə Mərkəzi Bankına müraciət etdi.

2 noyabr – İqtisadiyyat Nazirliyi yeni mərkəz təsis etdi.

Məlumat mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edildi.

2 noyabr – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Troni İnvestisiya Şirkəti” QSC-ni dövlət qeydiyyatına aldı.

3 noyabr –Vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələr BOKT-lara və “Azərpoçt”a da aid ediləcək

 Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə Azərbaycanda vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələr banklarla yanaşı, bank olmayan kredit təşkilatlarına (BOKT), eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə də aid ediləcəyi əksini tapdı.

4 noyabr – EBRD Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu artırdı

4 noyabr – Azərbaycanda 20 manatlıq əskinaslar yeniləndi.

5 noyabr – Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı.

10 noyabr – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Maya” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına aldı.

15 noyabr -“Naxçıvan Bank”ın rəhbərliyi dəyişdirildi.

MŞ-na sədrlik edən Vasif Kazımov vəzifəsindən azad edilib, onun yerinə Əsədilla İsgəndərov seçilib. Şuranın üzvləri olan Əlidadaş Babayev və Xuraman Mircavadova isə Baharxanım Talıbova və Rifat Mahmudovla əvəzlənib.

Bundan başqa, indiyə qədər AK-nə sədrlik edən İsmayıl Rzayev vəzifəsindən azad edilib, onun yerinə Naim Cahidzadə seçilib. Komitənin üzvləri olan Əkbər Zeynalov və Əli Əliyev isə Rəcəb Cəfərli və Anar Abuzərli ilə əvəz edilib

15 noyabr – “Access Bank” QSC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edildi.

Sədr vəzifəsinə 15 ildən artıq təcrübəyə malik David Tsiklauri təyin edilib.

16 noyabr – Ödənişlər üçün QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik təsdiq edildi.

Bu istiqamətdə aparılan işlər çərçivəsində ölkədə QR kodla təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədi ilə “Ödənişlər üçün QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) hazırlanaraq təsdiq edildi.

17 noyabr – “Muğan Bank”ın sədri dəyişdi.

“Muğan Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Elmir Həsənov vəzifəsindən azad edilərək Bankın Müşahidə Şurasının üzvü təyin olunub.

Bankın İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq sədr müavini Elnur Abbasova həvalə edilib

19 noyabr – Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “MCB” QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verildi.

23 noyabr – Azərbaycanın 50 manatlıq pul nişanı dünyanın ən təhlükəsiz banknotu seçildi.

25 noyabr – “Bank VTB Azərbaycan”a sədr təyin edildi.

“Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinə İqor Okayev yeni sədr təyin edildi.

25 noyabr – “Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqlədi.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) uzunmüddətli xarici və yerli valyutada emitent defolt reytinqini (BDR) “BB+” səviyyəsində təsdiqlədi.

1 dekabr – Pandemiyadan zərər çəkmiş fərdi mikrosahibkarlara 113 milyon manat maliyyə dəstəyi verildi.

3 dekabr – Milli Məclis gələn ilin yaşayış minimumunu təsdiqlədi.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edildi.

3 dekabr – “Yelo Bank” “LUKOYL”la əməkdaşlıq çərçivəsində özünəxidmət mərkəzini açdı.

8 dekabr “V Beynəlxalq Bankçılıq Forumu” öz işinə başladı.

9 dekabr – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nazirliyə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-ni dövlət qeydiyyatına aldı.

14 dekabr– Asiya İnkişaf Bankı Azərbaycanın dayanıqlı iqtisadi bərpasına görə proqnozunu yaxşılaşdırdı.

15 dekabr – “Bank Respublika” ASC Azərbaycanda aqrar, kiçik və orta biznesin inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə 2 iri kredit sazişi imzaladı.

16 dekabr– Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olundu.

16 dekabr– İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinə Lalə Yusifova yeni rəhbər təyin olundu

16 dekabr – “Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinat oldu.

 


Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.