Home » 2021-ci ilin I rübündə qeyri neft-qaz sektorunda 2.1% iqtisadi artım olmuşdur

2021-ci ilin I rübündə qeyri neft-qaz sektorunda 2.1% iqtisadi artım olmuşdur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məcmu tələbin tədricən bərpası iqtisadiyyatın məcmu buraxılış potensialını üstələmədiyindən hələ ki, inflyasiya təzyiqləri yaratmır.

Ötən ildən başlanan antiböhran tədbirləri və beynəlxalq konyunkturun nisbətən yaxşılaşması iqtisadi aktivliyin tədricən bərpasında özünü göstərməkdədir. 2021-ci ilin I rübündə qeyri neft-qaz sektorunda 2.1% iqtisadi artım olmuşdur. Beynəlxalq təşkilatlar və reytinq agentlikləri Azərbaycan üzrə iqtisadi aktivliyə dair proqnozlarını yaxşılaşdırmaq istiqamətində təshih etmişlər.

Alternativ statistika iqtisadi aktivliyin bərpasını təsdiqləyir. Real sektorun monitorinqinə görə martda biznes inam indeksi ticarət, xidmət sektorlarında və qeyri-neft sənayesində artım meyilli olmuşdur. Monitorinq tikintidə məşğulluğun yüksəlməyə meyilli olduğunu göstərir.  

Əsasən dövlət investisiyaları ilə dəstəklənən məcmu tələbin qısamüddətli dövrdə inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Ev təsərrüfatları arasında sorğular istehlakçı inamı indeksinin zəif olduğunu göstərir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.