2022-ci ildə bir çox inkişaf etməkdə olan bazarların milli valyutalarının dollar qarşısında aşağı enməsi müşahidə edilir.
BBN.az CNBC.com-a istinadən xəbər verir ki, Qana sedi, Kuba pesosu və Zimbabve dolları onların sırasındadır.
Dünyada dollar qarşısında ən pis nəticə nümayiş etdirən birinci pul vahidi sedi olub. İkinci yerdə isə Kuba pesosudur. Belə ki, pul vahidi dollar qarşısında 56.36% dəyərini itirib.
Yanvardan bu yana isə Zimbabve dolları dollar qarşısında 76.74% dəyərini itirib. Refinitiv data-nın məlumatına, əsasən dolların məzənnəsi Qərbi Afrikanın milli valyutasına nisbətdə 132%-dən çox möhkəmlənib. Belə ki, ilin başlanğıcından 1 dollar 6 sediyə ticarət edilirdi.
Həm Zimbabve, həm də Kuba yüksək inflyasiyadan əziyyət çəkir.