Home » 2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8% artıb

2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8% artıb

by bbnadm
0 comments 1 views 1 minutes read

Rəsmi və alternativ statistika iqtisadi aktivliyin yüksək olaraq qaldığını göstərir.

2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 9.2% artmışdır.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən qeyri-neft-qaz sənayesi müəssisələrində faktiki istehsal və istehsal güclərinin yüklənməsi səviyyəsi yüksəlmişdir. 

İqtisadi artıma daxili tələbin həm istehlak, həm də investisiya komponentləri dəstək verir. 2022-ci ilin 11 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3%, qeyri-neft-qaz investisiyalarının həcmi isə 24.5% artmışdır. Bu dövrdə dövlət büdcəsi xərclərinin 16.4% artması daxili tələbi stimullaşdıran əsas amillərdən biri olmuşdur.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.