Home » 2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2.8% artmışdır

2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2.8% artmışdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdədir.

2022-ci ilin ötən dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin bahalaşması tempi 14%-ə çatmışdır ki, bu da yüksək idxal inflyasiyasını əhəmiyyətli neytrallaşdırmaqdadır. Manat xüsusilə də Rusiya rublu, Ukrayna qrivnası, Qazaxıstan təngəsi və avroya qarşı möhkəmlənmişdir.

Qlobal mühitdəki şok dəyişikliklərə baxmayaraq manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin valyuta bazarında tarazlıq şəraitində formalaşması inflyasiya gözləntilərinə də azaldıcı təsir göstərir. Valyuta bazarında tarazlığın əsasında profisitli tədiyə balansı, qəbul edilmiş makroiqtisadi çərçi­və və adekvat monetar şəraitin mövcudluğu dayanır. Ötən iclasdan bəri (fevral və mart aylarında) Mərkəzi Bankda keçirilən bütün valyuta hərraclarında təklif tələbi üstələmişdir.

Dövlət büdcəsində mövsümi profisitin yaranması və Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində 2022-ci ilin ötən dövründə manatla pul bazası 8.2% azalmışdır (ilin sonunda sistem əhəmiyyətli bankla müddətli əməliyyat nəzərə alınmadan).

Maliyyə bazarının milli valyutada risksiz alətlər bazarı seqmentində də sabitlik müşahidə edilir. Ötən iclasdan keçən müddətdə gəlirlik 5 və 7 illik dövlət qiymətli kağızları üzrə cüzi azalmış, 3 illik kağızlar üzrə isə cüzi artmışdır. REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi yüksəlmə baş vermişdir.

2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2.8% artmışdır. Yanvar-fevral aylarında milli valyutada müddətli əmanətlərin daha yüksək templə (3.8%) artması onu göstərir ki, mövcud əmanət və depozit faizləri inflyasiya risklərini kompensasiya etməyə və manatla yığımların cəlbediciliyini qorumağa imkan verir.

Ümumilikdə bank sistemi öz dayanıqlığını qoruyur, bank hesablaşmalarının aparılmasında problemlər müşahidə edilmir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.