Home » 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 164 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 41256,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 30962,9 milyon dollarını və ya 75,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10293,3 milyon dollarını (24,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 20669,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,9 faiz, real ifadədə 9,1 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,1 faiz artmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 5,8 faiz artaraq 2116,8 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,2 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,4 faizi Rusiya, 4,0 faizi Hindistan, 3,8 faizi Çin, 3,5 faizi İsrail, 2,8 faizi Yunanıstan, 2,4 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Almaniya, Çexiya və Xorvatiya, 1,5 faizi Gürcüstan, hər biri 1,4 faiz olmaqla İspaniya və Portuqaliya, 1,3 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla ABŞ və Vyetnam, hər biri 1,0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Tunis, 12,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.