Home » 2023-cü il – maliyyə-bank sektoru – QISA İCMAL

2023-cü il – maliyyə-bank sektoru – QISA İCMAL

by anar
0 comment 52 views 10 minutes read

2023-cü ilin maliyyə-bank sektoru ilə əlaqəli QISA İCMAL-ı təqdim edirik.

YANVAR

– 06 yanvar – ABA-nın icraçı direktoru Yunus Abdulov report.az saytına 2022-ci ilin yekunlarına dair müsahibə verib.

– 06 yanvar – Maliyyə Nazirliyi “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb

– 09 yanvar – Azərbaycan Mərkəzi Bankı məcburi ehtiyat normalarını yeniləyib

– 16 yanvar – Azərbaycanda ƏDV-nin ödənilməsi vaxtı bir gün uzadılıb

-20 yanvar – Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan manatı ilə istiqraz buraxıb

-23 yanvar – Azərbaycan ötən il 2 milyard manata yaxın borc qaytarıb

FEVRAL

-01 fevral – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,25%dən 8,5%-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,25%dən 6,75%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,25%dən 9,5%-ə çatdırılıb.

-01 fevral – Azərbaycanda bəzi səhm və istiqrazlar üzrə gəlirlər vergidən azad edilib

-01 fevral – Azərbaycanda əmanət faizləri vergiyə cəlb edilməyə başlayıb

Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10% dərəcə ilə vergiyə cəlb edilməyə başlanılıb.

-08 fevral  – ABA-nın bəyanatı: Azərbaycan bankları AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

Assoasiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul edib.

-10 fevral – Azərbaycanın biznes icması Türkiyəyə yardım təşəbbüsü ilə çıxış edib

-22 fevral  -Mərkəzi Bank Azərbaycanın Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiq edib

-23 fevral – Azərbaycanda yeni Rəqabət Məcəlləsi hazırlanıb

-25 fevral  – Mərkəzi Bankda qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri müzakirə edilib

-28 fevral – Azərbaycanda elektron köçürülmələrlə bağlı yeni tələblər müəyyən edilib

MART

-15 mart – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Banklar Assosiasiyası”, “Azərbaycan Sığortaçılar Assosiasiyası”, “Azərbaycan Mikromaliyyə Assosiasiyası”, “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birlikləri arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

-29 mart – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,5%-dən 8,75%-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75%-dən 7%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5%-dən 9,75%-ə çatdırılıb.

APREL

-01 aprel – “Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

-01 aprel – “Fitch”: “Azərbaycanda bank sektorunun əsas göstəriciləri yaxşılaşıb”

-03 aprel  – ABA bəyanat yayıb

Azərbaycanda sosial şəbəkələrdə “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları ilə paylaşımlar təxribat xarakteri daşıyır. Bildirilir ki, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır.

-04 aprel  – Azərbaycanda Kreditorların Elektron Portalı istifadəyə verilib

-26 aprel  – Azərbaycan və Macarıstanın Banklar Assosiasiyaları arasında əməkdaşlığa dair memorandum imzalanıb

Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin təşkil edilməsi, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və qarşılıqlı razılıq çərçivəsində bank-maliyyə sektoru ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

MAY

-03 may – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75%-dən 9%-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75%-dən 10%-ə çatdırılıb.

-10 may – Mərkəzi Bankda “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film təqdim olunub

-10 may – Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycan qızılından hazırlanmış pul nişanlarının satışına başlanılıb

-12 may –“Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilib

-17 may – “Günay Bank”ın lisenziyası ləğv edilib

İYUN

-13 -14 iyun – Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Fintex Summit 2023” – Maliyyə və Texnologiyalar Expo” keçirilib.

-14 iyun – Azərbaycan Banklar Assosiasiyası IFC ilə saziş imzalayıb

-21 iyun – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% saxlanılıb.

-24 iyun – “Günay Sığorta”nın lisenziyası ləğv olunub

İYUL

-20 iyul – AMB-nin dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı keçib

-26 iyul – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

-28 iyul – Azərbaycanda nağd pulla bağlı əməliyyatlar üçün operator bank müəyyənləşib

-31 iyul – Azərbaycanda “Mərkəzi Bank haqqında” qanun dəyişib

-31 iyul – Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin sayı artırılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) üzvlərinin sayı 7-dən 9-a çatdırılıb.

AVQUST

-01 avqust –Valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini AMB müəyyən edəcək

-01 avqust – Maliyyə Nazirliyi 2023-cü ilin sonuna büdcə gəlirləri və xərcləri ilə bağlı gözləntilərini açıqlayıb

-08 avqust – “Moody’s” “Bank Respublika”nın reytinqini “stabil” proqnozla “B2″yə yüksəldib

-09 avqust – Prezident İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni Qanunu təsdiqləyib

Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

-10 avqust – AMB fiziki şəxslərin xaricə köçürdükləri məbləğlər üzrə gündəlik limitləri ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitləri [1 000 ABŞ dolları] ləğv edib.

28 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, “Banklarda korporativ idarəetmə Standartları” yeni redaksiyada təsdiq edilmiş və “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ı ləğv edilmişdir.

SENTYABR

-18 sentyabr 2023-cü il tarixindən Mərkəzi Bankın sədrinin imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları, 25 sentyabr 2023-cü il tarixindən isə yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılmışdır. Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır;

-20 sentyabr – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz olaraq saxlanılmışdır.

-27 sentyabr  – “Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib

-28 sentyabr  – ABA şəhid olmuş və yaralanmış hərbiçilərimiz bütün növ kredit öhdəlikləri ilə bağlı bəyanat yayıb.

OKTYABR

18 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda likvidlik riskinin idarə edilməsi” Qaydası təsdiqlənmişdir. 01 dekabr 2023-cü il tarixindən qüvvəyə minəcək olan bu Qayda ilə Mərkəzi Bankın “Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar”ı ləğv ediləcəkdir. 

-19 oktyabr – “Muğan Bank”ın lisenziyası ləğv edilib

-20 oktyabr – Azərbaycanda investisiya pul nişanlarının satışı üçün agent banklar seçilib

25 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının “Pul nişanlarının reproduksiyası* Qaydası” təsdiq edilmişdir. Bu Qaydalar Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının saxtalaşdırılmasının qarşısının alınması məqsədilə pul nişanlarının reproduksiya qaydalarını müəyyənləşdirir, həmçinin Mərkəzi Bank tərəfindən tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının da reproduksiyasına da şamil olunur. 

-20 oktyabr  – Milli Məclis Rəqabət Məcəlləsini ikinci oxunuşda qəbul edib

-26 oktyabr – Azərbaycan Mərkəzi Bankı Dövlət Xidməti ilə Anlaşma Memorandumu imzalayıb

Anlaşma Memorandumu iki qurumun maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadilə aparması, qabaqlayıcı tədbirlər görməsi məqsədi daşıyır.

NOYABR

-01 noyabr – Bakıda VII Beynəlxalq Bankçılıq Forumu keçirilib

-01-02 noyabr – Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə əməkdaşlığı çərçivəsində hazırlanan dələduzluq hallarına qarşı maarifləndirmə videoları ilk dəfə nümayiş edilmişdir.

-01 noyabr – Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların qiymətli kağızları ilə bağlı qayda qüvvəyə minib

-01 noyabr  – Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilk dəfə 10 milyard manatı keçib və 10.5 milyard manat olub.

-01 noyabr – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən, inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla faiz dəhlizinin parametrlərinə dəyişikliklər edilmişdir: uçot dərəcəsi – 8.5% (bundan əvvəl 9%); faiz dəhlizinin aşağı həddi – 7% (bundan əvvəl 7.5%); faiz dəhlizinin yuxarı həddi – 9.5% (bundan əvvəl 10%).

-01 noyabr – Azərbaycan Mərkəzi Bankı illik inflyasiya ilə bağlı 3 illik proqnozunu açıqlayıb

01 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydaları”na edilmiş dəyişikliklərə uyğun olaraq məcburi ehtiyat normaları üzrə mövcud diferensiasiya meyarlarından əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılmalar müəyyən edilmişdir. Yeni diferensiasiya meyarlarına uyğun olaraq məcburi ehtiyat normaları da yenilənməklə, müvafiq olaraq Qaydaların məcburi ehtiyatlar üzrə hesabat barədə 2 saylı Əlavəsi yeni redaksiyada verilmişdir. 

-04 noyabr – Azərbaycanda “Pul nişanlarının reproduksiyası Qaydası” təsdiqlənib

-07 noyabr – AMB və RİNN Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən ölkəmizdə süni intellekt sahəsində layihələrin, təşəbbüslərin və ideyaların dəstəklənməsi, o cümlədən maliyyə bazarlarında birgə layihələrin həyata keçirilməsi, süni intellekt sahəsində bacarıqların, texnologiyaların, ekosistemin, infrastrukturun və idarəetmə mexanizmlərinin formalaşdırılması üzrə tədbirlərin görülməsi məqsədilə Mərkəzi Bank və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında müvafiq Anlaşma Memorandumu imzalanıb. 

-24 noyabr – Azərbaycan Mərkəzi Bankı yeni “şikayət indeksi” açıqlamağa başlayıb

-27 noyabr – “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər qüvvəyə minib

-29 noyabr – İqtisadiyyat Nazirliyi elektron pul təşkilatları ilə bağlı qərar qəbul edib

DEKABR

-05-06 dekabr tarixlərində Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbiri keçirilib.

-08 dekabr  – Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 54 milyon dollar gəlir əldə edib

11 dekabrİqlim Dəyişikliyi üzrə BMT konfransı – COP 29 gələn il Azərbaycanda keçiriləcək. Bu barədə qərar Dubayda keçirilən COP28 plenar sessiyada elan olunub.

-12 dekabr – AMB dövlət istiqrazları üzrə qiymətləndirilən gəlirlilik əyrisi açıqlayacaq

-20 dekabr  – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7%-dən 6,5%-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5%-dən 9%-ə endirilib.

-25 dekabr  – Azərbaycanda bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi müəyyənləşib

-25 dekabr  – Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni rüsumlar müəyyənləşib

-26 dekabr  – Azərbaycanda əmanət faizlərinin vergiyə cəlb olunması qaydası dəyişib

-27 dekabr – Azərbaycan Mərkəzi Bankı gömrük yığımlarından azad edilib

-28 dekabr  – Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT tənzimləyici tərəfindən açıqlanıb

-28 dekabr  – AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

2023-cü ildə olduğu kimi 2024-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır. AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 28-də, mayın 1-də, iyunun 21-də, iyulun 31-də, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq.

-28 dekabr  – Azərbaycanda yerli bankların filial və şöbələrində valyuta mübadiləsi üçün tələblər müəyyən edilib

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.