Home » 2023-cü ildə 2751 nəfərin kvota iş yerləri üzrə məşğulluğu təmin edilib

2023-cü ildə 2751 nəfərin kvota iş yerləri üzrə məşğulluğu təmin edilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərə dəstək məqsədli proqram və layihələr icrası, işəgötürənlərin fəaliyyətinin dəstəklənməsi, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətlərin icrası 2023-cü ildə də uğurla davam etdirilib.

Belə ki, 2023-cü ildə Agentlik tərəfindən sosial müdafiəyə xüsusi ehtiyac olan 2751 nəfər kvota iş yerlərinə işə qəbul olunub.

Ötən il əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə müxtəlif sektorlardan olan işəgötürənlərlə əməkdaşlıq edilib, müqavilə bağlanmış işəgötürənlərin sayı 315-ə çatdırılıb. Proqram üzrə 1198 nəfər işlə təmin olunub.

Bundan başqa il ərzində işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə rekord sayda – 129 əmək yarmarkası təşkil edilib.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlərdə ümumilikdə 1809 müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 22 494 vakansiya təqdim edilib.

“Əmək və məşğulluq” altsistemində yaradılan vakansiya bankına təqdim edilən illik vakansiya dövriyyəsi 222 373 olub.  Vakansiya təqdim edən işəgötürən sayı isə 11 872 təşkil edib.

İşəgötürənləri Agüntliyin xidmətləri barədə məlumatlandırmaq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə isə 31 dəyirmi masa, 70 görüş təşkil edilib. Bu görüşlərdə ümumilikdə 500-dən çox işəgötürən iştirak edib.

Penitensiar xidmətlə cəzaçəkmə müəssisələrində olan məhbusların və cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin məşğulluqlarının təmin olunması məqsədi ilə əməkdaşlığa başlanılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.