Home » 2023-cü ilin I rübündə “AzerGold” QSC-nin satış göstəriciləri artıb

2023-cü ilin I rübündə “AzerGold” QSC-nin satış göstəriciləri artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dövlət ixracatçı subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2023-cü ilin birinci rübü ərzində satış göstəriciləri artıb.

Sözügedən dövr ərzində beynəlxalq və yerli bazarlarda 8.3 min unsiya qızıl, 33.5 min unsiya gümüşün satışını həyata keçirən Səhmdar Cəmiyyət satış əməliyyatları nəticəsində, ümumilikdə 27.9 milyon manat vəsait əldə edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl satışı həcmində 14%, gümüş satışı həcmində 79%, satış gəlirlərində isə 13.9% artım deməkdir.

Qeyd edək ki, ümumi satış göstəricilərinə 7.3 min unsiya qızıl, 20 min unsiya gümüşün ixracı, 943 unsiya qızıl, 13.4 min unsiya gümüşün yerli bazarlarda satışı daxildir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl və gümüşün ixrac həcmlərində müvafiq olaraq, 15%7.6% artım qeydə alınıb. I rüb üzrə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait isə 24.1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirlərində 12.6% artım deməkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.