Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2023-cü illin əvvəlinə ARDNF-un aktivləri artaraq 49,03 milyard ABŞ dollar təşkil etmişdir - BBN

2023-cü illin əvvəlinə ARDNF-un aktivləri artaraq 49,03 milyard ABŞ dollar təşkil etmişdir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (“ARDNF” və ya “Fond”) ötən il 45,03 milyard ABŞ dollarına bərabər aktivləri 2022-ci ilin sonuna artaraq 49,03 milyard ABŞ dollarına yüksəlmişdir. Ümumi portfelin 62,1% və ya 30,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6% və ya 9,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya edilmişdir. Portfelin 6,2% və ya 3,1 milyard ABŞ dolları hissəsini daşınmaz əmlak, qalan 12,1% və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil etmişdir.

Qrafik 1. İdarəetmədə olan vəsaitlərin dinamikası (milyard ABŞ dolları ilə)

Qrafik 2. İnvestisiya portfelinin aktiv növləri üzrə dinamikası

ARDNF-nun 2022-ci il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı ilə geniş burada tanış ola bilərsiniz: https://oilfund.az/fund/press-room/news-archive/1592

Related posts

İqtisadi cinayətlər üzrə məsuliyyətdən azadolma şərtlərinin yumşaldılması təklif olunur

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

SİLAHLI QÜVVƏLƏRİMİZ ÜÇÜN XÜSUSİ KREDİT

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı