Azərbaycan Respublikası Dövlət Neft Fondunun (“ARDNF” və ya “Fond”) ötən il 45,03 milyard ABŞ dollarına bərabər aktivləri 2022-ci ilin sonuna artaraq 49,03 milyard ABŞ dollarına yüksəlmişdir. Ümumi portfelin 62,1% və ya 30,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6% və ya 9,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya edilmişdir. Portfelin 6,2% və ya 3,1 milyard ABŞ dolları hissəsini daşınmaz əmlak, qalan 12,1% və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil etmişdir.
Qrafik 1. İdarəetmədə olan vəsaitlərin dinamikası (milyard ABŞ dolları ilə)
Qrafik 2. İnvestisiya portfelinin aktiv növləri üzrə dinamikası
ARDNF-nun 2022-ci il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı ilə geniş burada tanış ola bilərsiniz: https://oilfund.az/fund/press-room/news-archive/1592