“Növbəti il üçün Dövlət Büdcəsinin gəlirləri 282.5 mln manat artırılaraq 34 173 milyon manat, xərcləri isə 138.2 mln manat artırılaraq 36 763 mln manat təşkil edəcək”.
BBN.az xəbər verir ki, bu haqda AR Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin payız sessiyasında növbəti plenar iclasda çıxış edərək qeyd edib.
“2024-cü ildə baza ssenaridə orta illik inflyasiyanın 5.3%, Ümumi Daxili Məhsulun artımının 2.4%, qeyri-neft-qaz sektorunun artımının isə 4.6% olması proqnozlaşdırılır”, – deyə o, əlavə edib.
Daha ətraflı videoda: