Home » 2024- cü ildə pensiyalar nə qədər artırılacaq?

2024- cü ildə pensiyalar nə qədər artırılacaq?

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əmək haqqı 8.3 faiz artıb. Orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır.  Belə ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır”.

BBN.az xəbər verir ki, bu barədə VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O vurğulayıb ki, bu ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:

“2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əmək haqqı faizinə təsir göstərə bilər”. Vüqar Bayramov qeyd edib ki,  daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq:

“Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.