“Apple” şirkəti 2024-cü ildə texnologiya şirkətlərinin ən bahalı brendləri reytinqində siyahıda birinci yeri tutub.
BBN.az xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq təşkilatı kimi anınan “Brand Finance” öz hesabatında məlumat verib.
2023-cü ildən bəri “Apple” brendinin dəyəri 74 % artaraq 516,6 milyard dollara çatıb. Siyahıda ikinci yerdə “Microsoft” şirkəti yer alıb, onun brend dəyəri 78 faiz artım ilə 340,4 milyard dollar qeyd olunub. “Google”, brend dəyəri 333,4 milyard dollar ilə üçüncü yerdə yerləşib. Brend dəyəri 308,9 milyard dollar (3,2% artım) ilə “Amazon” siyahıda dördüncü yerdədir.