Home » 2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat

2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat

by anar
0 comment 3 views 1 minutes read

2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 27683,6 milyon manat proqnoza qarşı 27737,0 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 53,4 milyon manat və ya 0,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 25,6 faiz və ya 5660,6 milyon manat çoxdur.

BBN.az bu haqda Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 0,3 faiz çox icra edilməklə 18151,3 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.

2024-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25174,3 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 42,2 milyon manat (0,2 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 63,3 faizini təşkil edir.

Daha ətraflı BURADA

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.