
2025-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla gündəlik 62,4 min ton və ya 460 min barel təşkil edib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə ölkə üzrə ümumi neft hasilatı orta hesabla gündəlik 75,9 min ton və ya 571 min barel olub. Bunun 460 min bareli xam neftin, 13,5 min tonu (111 min barel) isə kondensatın payına düşüb.
Qeyd edək ki, Azərbaycanın “OPEC+” sazişi çərçivəsində 2025-ci il üçün gündəlik neft hasilatı kvotası 551 min barel səviyyəsində müəyyən edilib. Beləliklə, Azərbaycan cari ildə müəyyən edilmiş kvotadan gündəlik 91 min barel az neft hasil edib.







