
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 185 milyon manat, xərcləri isə 38 milyard 605 milyon manat təşkil edib.
Bu barədə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda qeyd olunub.
Hesabata əsasən, ötən il dövlət büdcəsinin gəlirləri proqnoz göstəricisindən 1,5% çox, xərcləri isə 7,4% az icra olunub.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanuna əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində təsdiqlənib.




