Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
4SİM və “Coursera” yerli tərəfdaşlar üçün “Course Builder” aləti ilə bağlı vebinar keçirib - BBN

4SİM və “Coursera” yerli tərəfdaşlar üçün “Course Builder” aləti ilə bağlı vebinar keçirib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Coursera” tərəfindən yerli tərəfdaşlar üçün “Course Builder” alətinin imkanları və üstünlüklərinə həsr olunmuş vebinar keçirilib.

Mərkəzin məlumatına görə, vebinarda “4Sİ Akademiyası – Milli Proqram”ın yaratdığı imkanlarla ali təhsil müəssisələrini və özəl şirkətləri yaxından tanış etmək, həmçinin onların qlobal platformada tanınmasına dəstək məsələləri müzakirə olunub.

“Course Builder” aləti ali təhsil müəssisələri və qurumlara Azərbaycan dilində öz təlimlərini yaradaraq “Coursera” platformasında yerləşdirmək imkanı verir. Platformadakı digər təlim və kurslarda olduğu kimi, bu təlim və kurslar üzrə də sertifikatlar əldə edilə bilər.

Qeyd edək ki, “Milli Proqram”da iştirak edən 2 yerli təlim təminatçısı tərəfindən “Coursera” platformasında Azərbaycan dilində yerləşdirilən 25 təlimdən 2656 istifadəçi yararlanıb, ümumilikdə 6208 təlim uğurla tamamlanıb.

Vebinara 35-ə yaxın ali təhsil müəssisəsi, eləcə də dövlət və özəl sektordan 100-dən çox iştirakçı qoşulub.

Related posts

ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib

Azərbaycan-Tacikistan biznes forumu keçirilib

Türkiyə və Moldova ilə energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı