Home » 2025-ci ilin 1-ci rübündə “Çağrı Mərkəzi” 1362 zəng qəbul edib

2025-ci ilin 1-ci rübündə “Çağrı Mərkəzi” 1362 zəng qəbul edib

by yunus
0 comments 1 views 1 minutes read

2025-ci ilin 1-ci rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1362 zəng qəbul edilib.

Daxil olan zənglərin 1056-sı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 121-i təşəkkür xarakterli, 185-i isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.