
2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1086,3 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək olub.
2025-ci il noyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 782,4 min nəfər olub. Onlardan 865,7 min nəfəri dövlət, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Muzdla işləyənlərin sektorlara görə payı belədir:
-
18,8% – ticarət və nəqliyyat vasitələrinin təmiri,
-
18,1% – təhsil,
-
14,0% – sənaye,
-
8,6% – səhiyyə və sosial xidmətlər,
-
6,7% – tikinti,
-
6,3% – dövlət idarəetməsi və müdafiə,
-
4,5% – nəqliyyat və anbar təsərrüfatı,
-
4,0% – peşə, elmi və texniki fəaliyyət,
-
2,4% – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
-
2,3% – maliyyə və sığorta fəaliyyəti,
-
14,3% – digər sahələr.





