Home » 2025-ci ilin dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 58,7 milyard manatı ötüb

2025-ci ilin dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 58,7 milyard manatı ötüb

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycanın bank sektorunun aktivləri 2025-ci il dekabrın 1-nə 58 milyard 748,6 milyon manat təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artım deməkdir.

Bankların aktivlərinin 27 milyard 919,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə kredit portfeli 8,4% böyüsə də, kreditlərin aktivlərdəki payı 51,4%-dən 47,5%-ə enib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 18% artaraq 51 milyard 517,4 milyon manata çatıb. Depozit portfeli isə 5,7% artaraq 37 milyard 202 milyon manat təşkil edib. Depozitlərin 15 milyard 847,7 milyon manatı fiziki, 21 milyard 354,3 milyon manatı isə hüquqi şəxslərin payına düşür. Əhalinin banklardakı vəsaitləri il ərzində 14,3%, şirkətlərin vəsaitləri isə 0,1% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi 7 dəfə azalaraq 0,5 milyon manata düşüb.

Sektorun balans kapitalı isə 11,2% artaraq 7 milyard 231,1 milyon manat olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.