Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
21,3 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib - BBN

21,3 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2023-cü ilin yanvar – iyun  ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 268 cinayət işi başlanılıb. Əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 80 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 42 cinayət işinin icraatına xitam verilib, 47 nəfər barəsində ittiham elan edilməklə 38 cinayət işi məhkəməyə göndərilib, 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış 42 cinayət işindən 18 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 3 milyon 551,8 min manat məbləğində vəsait ödənilib. 2023-cü ilin 6 ayı ərzində ümumilikdə 21 milyon 288,5 min manat məbləğində ziyanın büdcəyə ödətdirilməsi təmin edilib.

Cari ilin 6 ayı ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 100 vergi ödəyicisində 199 nəzarət tədbiri həyata keçirilib, 76 vergi ödəyicisində 163 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti  tədbirləri nəticəsində ümumilikdə 1 milyon 150,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 2,6 milyon manat həcmində vəsait ödətdirilib.

Related posts

Hürmüzdə Gərginlik: ABŞ Blokadasını Yaran Çin Tankeri və “Sanksiya Sınağı”

Səudiyyə Ərəbistanından Pakistana 3 Milyard Dollarlıq Dəstək: İslamabada Nəfəslik Verən Razılaşma

BVF-dən Qlobal Xəbərdarlıq: Regional Münaqişələr Dünya İqtisadiyyatının Artım Tempini Zəiflədir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı