Home » 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib

44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2023-cü il ərzində müxtəlif vergi cinayətləri faktları üzrə ümumilikdə 643 cinayət işi başlanılıb. Bunlara vergilərin dövlət büdcəsindən yayındırılması, lisenziya (icazə) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, “ƏDV geri al” məqsədləri üçün yeni nəsil nəzarət-kassa aparatlarının çeklərinin satışını təşkil etməklə və dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq fəaliyyətinin göstərilməsi, əmək müqaviləsi olmadan işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) saxta aksiz markaları ilə markalaması və s. aiddir.

2023-cü ildə əvvəlki ildən qalıq qalmış işlər nəzərə alınmaqla, cəmi 158 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 88 cinayət işinin icraatına xitam verilib, 83 nəfər barəsində ittiham elan edilməklə 70 cinayət işi məhkəməyə göndərilib, 10 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış 88 cinayət işindən 37 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə ödənilmiş məbləğ 22 milyon manatdan çox olub.

2023-cü il ərzində ümumilikdə 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib. Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 6 milyon manat vəsait ödətdirilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 14 nəfər şəxs tutularaq təhvil verilib, ibtidai istintaqdan yayılan 1245 nəfər dindirilməsi üçün məcburi gətirilib, 2297 nəfərin yeri müəyyən olunaraq istintaqa məlumat verilib və 612 şəxsin istintaqa gətirilməsi təmin edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.