Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SESRIC rəsmisi: “Yaşıl texnologiyalar” dayanıqlı şəhər inkişafının əsas açarıdır - BBN

SESRIC rəsmisi: “Yaşıl texnologiyalar” dayanıqlı şəhər inkişafının əsas açarıdır

“Yaşıl texnologiyalar” İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə şəhərlərin dayanıqlı inkişafının əsas açarı hesab olunur.

Bu fikirləri SESRIC-in İnformasiya və İnformasiya Texnologiyaları Departamentinin direktoru Əbu Naser Huda Ümumdünya Şəhərsalma Forumu 13 çərçivəsində keçirilən “Şəhər inkişafında yaşıl texnologiyalar: dayanıqlı və dözümlü şəhərlərə keçidin sürətləndirilməsi” adlı sessiyada səsləndirib.

Onun sözlərinə görə, İƏT-ə üzv ölkələrdə urbanizasiya sürətlə davam edir və şəhər əhalisinin sayı artıq 1 milyard nəfəri ötüb. Bildirilib ki, bu göstəricinin 2035-ci ilə qədər 1,4 milyard nəfərə çatacağı proqnozlaşdırılır.

Əbu Naser Huda qeyd edib ki, bərpa olunan enerji, “ağıllı infrastruktur” və iqlimə davamlı şəhər planlaşdırılması kimi “yaşıl texnologiyalar” şəhərlərdə mənzil, nəqliyyat, su təchizatı və enerji sistemlərinə artan təzyiqə qarşı vacib həll vasitələridir.

Onun sözlərinə görə, dayanıqlı və dözümlü şəhərlərə keçidin sürətləndirilməsi üçün innovativ texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Related posts

Dövlət qurumlarına 7 ayda 28 yeni domen verilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 420 mütəxəssis hazırlanıb

Kibertəhlükəsizlik müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı