Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
70-ə yaxın KOB subyekti satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən faydalanıb - BBN

70-ə yaxın KOB subyekti satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən faydalanıb

KOB subyektləri satış imkanlarının genişləndirilməsinə dəstək üçün KOBİA-nın təmin etdiyi sərgilərə və ticarət şəbəkələrinə çıxışa dəstək alətlərindən yararlana bilərlər. 

2023-cü ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən 70-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb.

Sərgilərdə iştiraka dəstək mexanizmindən istifadə etmək üçün bu dövrdə Agentliyə KOB subyektlərindən 168 müraciət daxil olub. Onlardan müvafiq tələblərə cavab verən 60 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 6 sərgidə (5-i ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər: https://bit.ly/3KA0f1N

Cari ilin yanvar-sentyabr aylarında ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən faydalanmaq üçün Agentliyə daxil olan müraciətlər əsasında müvafiq qaydalara uyğun olan 8 KOB subyektinə dəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı 5-ə çatdırılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının iri ticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-ya müraciət edə bilərlər: https://bit.ly/3OOjF5F

Related posts

ADB Yaxın Şərqdəki münaqişənin Qafqaz və Mərkəzi Asiyaya yaratdığı risklər barədə xəbərdarlıq edib

Qlobal bazarlarda “geosiyasi şok”: Fond birjaları gərginlik fonunda geriləyir!

ORTALIQ QARIŞDI: İran Gərginliyi Asiya Bazarlarını Vurdu, Avstraliyada Faiz Həyəcanı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı