Home » 9 ayda Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar 4,7 milyard dolları ötüb

9 ayda Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar 4,7 milyard dolları ötüb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 4 milyard 736,1 milyon ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.

Hesabat dövründə birbaşa xarici investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 78,5 % olub ki, bu da bir il əvvələ nisbətən 0,8 faiz bəndi azdır.

Qiymətləndirmələrə əsasən, qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların ümumi həcmi 9 % artaraq 1 milyard 19,4 milyon ABŞ dollarına çatıb. Bu məbləğin 304,9 milyon ABŞ dolları ölkə iqtisadiyyatında əldə olunan gəlirlərin təkrar investisiyası hesabına formalaşıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.