Home » Aqrar Sığorta Fondu UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

Aqrar Sığorta Fondu UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycanda iqtisadi ixtisaslı mütəxəssislərin hazırlanması üzrə ölkənin aparıcı təhsil mərkəzi olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Aqrar Sığorta Fondu arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

UNEC rektoru, professor Ədalət Muradov və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun imzaladığı sənəd Universitet və Fond arasında müxtəlif sahələrdə geniş əməkdaşlığı nəzərdə tutur.

Memoranduma əsasən tələbələrin Fondda təcrübələrinin təşkili, gələcək perspektivdə məzunların işlə təmin olunması, sertifikatlı yay təcrübə proqramlarının keçirilməsi, təhsil və aqrar sığorta sahələrində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə qeyd olunan məsələlərlə bağlı, qurumlar arasında menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlər keçiriləcək, sosial layihələr və birgə innovasiyalar icra olunacaq, konfrans və seminarlar təşkil olunacaq, eləcə də ictimai əhəmiyyət kəsb edən təşəbbüslər dəstəklənəcəkdir.

İmzalanma mərasimində çıxış edən rektor professor Ədalət Muradov tələbələrin təcrübələrinin təşkili üçün əlverişli mühitin yaradılmasının, eləcə də məzunların işlə təmin olunmasının vacibliyindən danışıb. Əmək bazarının seqmentləşdiyini diqqətə çatdıran rektor, universitetlərin kadr hazırlığını əmək bazarının tələblərinə uyğun aparmamalı olduğunu bildirib: “Hər bir universitet öz gələcəyini necə görürsə, həmin modelin reallaşdırılmasına doğru hərəkət etməlidir”, deyib.

Rektor bildirib ki, Aqrar Sığorta Fondu ilə başlanan əməkdaşlıq çərçivəsində UNEC tələbələrinin ölkədə aqrar sığortanın təbliği ilə bağlı tədbirlərə də cəlb olunması imkanı yaranır. Bundan başqa, imzalanan sənəd aqrar sığorta ilə bağlı elmi araşdırmaların aparılmasına şərait yarada bilər.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkədə aqrar sığortanın əhatə dairəsinin sürətlə genişləndiyini vurğulayaraq, bu istiqamətdə tətbiq olunan yeniliklərdən söz açıb. ASF rəhbərinin sözlərinə görə, UNEC-in müxtəlif ixtisasları təmsil edən tələbələrinə Aqrar Sığorta Fondu ilə yanaşı, bu sistemdə təmsil olunan şirkətlərdə təcrübə keçmək və gələcəkdə işlə təmin olunması imkanı yaradılacaq. Bundan başqa, təcrübə proqramlarında iştirak edən tələbələrə əvvəlcədən hələ universiteti bitirmədən gələcək dövr üçün iş təklifi («job offer») edilməsi də mümkündür.

UNEC-lə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Fond sədri memorandumun hər iki tərəf üçün faydalı olacağını bildirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.