Home » Energetika naziri vətəndaş qəbulu keçirib

Energetika naziri vətəndaş qəbulu keçirib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Xüsusi karantin rejimi müddətində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, energetika naziri Pərviz Şahbazov onlayn formatda vətəndaşları qəbul edib. 


Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. 

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2022-ci il üzrə vətəndaş qəbulu qrafiki artıq nazirliyin saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.