Home » ABB ötən il 800 milyon manata yaxın biznes krediti verib

ABB ötən il 800 milyon manata yaxın biznes krediti verib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2021-ci ildə ABB ölkə iqtisadiyyatına 800 milyon manata yaxın biznes krediti ayırıb. O cümlədən kiçik və orta sahibkarlıq layihələrinə 82 milyon manat kredit verib. Kiçik və orta biznesə verilən kreditlərin 56%-i Bakı və Abşeron, 44%-i bölgələrimizdə fəaliyyət göstərən iş adamlarına ayrılıb. Bankın il ərzində maliyyələşdirdiyi kiçik və orta biznes layihələrinin əksəriyyəti istehsalat, kənd təsərrüfatı, nəqliyyat, ticarət və tikinti sahələrinə aiddir. ABB-də hesab açmış hüquqi şəxslərin, eləcə də sahibkar fiziki şəxslərin sayı 2021-ci ildə 103.000-ə çatıb.

Real sektorun inkişafına dəstək verən ABB kiçik və orta sahibkarlara müxtəlif çeşiddə kredit məhsullarını və digər maliyyə xidmətlərini təklif edir. Bu xidmət və məhsullardan Bankın bütün filiallarında faydalanmaq olar. Bank “Sahibkarlar Klubu” vasitəsilə də iş adamlarına müxtəlif imtiyazlar yaradır. Sahibkarların işgüzar platforması olan Klubun hazırda 1000-dən çox üzvü var. Ötən ilin sonunda ABB şirkətlər və sahibkarlar üçün yeni İnternet Bank xidmətini də istifadəyə verib.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.