![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Avtomobil sənayesi dünya iqtisadiyyatında uzun illərdən bəri öz nüfuzunu qoruyub saxlayır və böyük paya sahibdir. Texnoloji inkişaf nəticəsində ərsəyə gələn elektriklə işləyən avtomobillər isə avtomobil bazarının əsas tərkib hissələrindən birinə çevrilib.
“Big Four” şirkətlərindən olan “PwC” tərəfindən aparılan araşdırmalara əsasən, elektriklə işləyən avtomobillərin satış həcmində rekord artım qeydə alınıb. Araşdırmaya istinadən, 2021-ci ildə elektromobillərin satışı 2020-ci il ilə müqayisədə 2 dəfədən çox artaraq 4.5 milyona yüksəlib.
Regional olaraq ən böyük artım isə, Çin Xalq Respublikasında qeydə alınıb. Ötən il 2.9 milyon ədəd elektromobil satışı həyata keçirilən Çin 2020-ci ilə nisbətdə 172%-lik artım qeydə alıb. Çin Xalq Respublikasında ən çox satılan elektromobil modeli “BYD” olsa da, ABŞ-da bu titulu “Tesla” qoruyub saxlayır.