Home » “ASAN xidmət” modelini tətbiq etmək niyyətində olan ölkələrə dəstəklə əlaqədar əməkdaşlıq perspektivləri müzakirə edilib

“ASAN xidmət” modelini tətbiq etmək niyyətində olan ölkələrə dəstəklə əlaqədar əməkdaşlıq perspektivləri müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agetliyinin sədri Ülvi Mehdiyev VIII Dünya Hökumətlər Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Al Yassir ilə keçirilən görüş zamanı “ASAN xidmət” modelini tətbiq etmək niyyətində olan İslam ölkələrinə dəstəklə əlaqədar əməkdaşlıq perspektivləri müzakirə edilib.

İslam İnkişaf Bankı Qrupunun sədri “ASAN xidmət” modelinin, eləcə də Dövət Agentliyi tərəfindən elektron hökumət və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələrin İslam ölkələrində daha da geniş tanıdılmasının zəruri olduğunu qeyd edib. Bu çərçivədə Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirən  Əl Yassir qeyd olunan istiqamətlər üzrə tərəflər arasında imzalanması planlaşdırılan Anlaşma Memorandumunun əhəmiyyətli olacağını vurğulayıb.

Bundan əlavə Sammit çərçivəsində Dövlət Agentliyinin sədri ilə Dövlət İdarəçiliyi üzrə Afrika Assosiasiyasının Baş Katibi Corc Skot arasında görüş keçirilib. Görüş zamanı qarşı tərəfə “ASAN xidmət” təcrübəsi və Dövlət Agentliyi tərəfindən müvafiq istiqamətlər çərçivəsində həyata keçirilən layihələr barədə geniş məlumat verilib və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin Afrika qitəsi ölkələrində tətbiqinin genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb. Tərəflər arasında əməkdaşlığın çərçivəsini müəyyən edəcək Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar ilkin razılıq əldə olunub.

Bundan əlavə Sammit çərçivəsində “Amazon” şirkətinin Qlobal İnnovasiya Siyasəti və Kommunikasiyalar üzrə vitse-prezidenti Paul Misener ilə görüş baş tutub.
Görüş çərçivəsində xidmətlərin göstərilməsi zamanı ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.