Home » SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaşları sırasına “TuranBank” da qoşuldu. SİMA-nın “TuranBank”ın sisteminə inteqrasiyası nəticəsində banka əmanət yerləşdirən zaman sənədlərin SİMA ilə imzalanması mümkün oldu. Bu, müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən “TuranBank”a əmanət qoymağa imkan verir.

SİMA vasitəsilə gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq. Hazırda “AzInTelecom” və “TuranBank” bu istiqamətdə birgə iş aparır.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlar arasında maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.