Home » “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək

“Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 20-22 may tarixlərində “Passage 1901”də istehsalla məşğul olan biznes subyektlərinin satış-sərgi yarmarkası – “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək. Yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır. 

Yarmarkada 150-yə yaxın biznes subyekti tərəfindən 3 gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunacaq. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılacaqdır. 

Yarmarkada iştirak ödənişsizdir. Maraqlanan sahibkarlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3MseR2K

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.