Home » İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankı arasında görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankı arasında görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Özəl Sektor üzrə baş mütəxəssisi İfeyinva Onugha və Dünya Bankının Baş Maliyyə və Özəl Sektor üzrə mütəxəssisi Ramil Məhərrəmov ilə görüşüb.

Tərəflər arasında EnterpriseAzerbaijan.com portalının gələcək inkişafı, Azərbaycanda “İnnovasiya və Startap Ekosistemi”nin qurulması və inkişafı üçün Dünya Bankının dəstəyi, beynəlxalq yarışların təşkili, investisiyaların təşviqi və korporativ innovasiya proqramlarının idarə edilməsi ilə bağlı xüsusi “İnkişaf Proqramı”nın hazırlanması üçün innovasiya siyasətinin nəzərdən keçirilməsi kimi məsələlər müzakirə olunub.

Görüşdə həmçinin Dünya Bankı və EnterpriseAzerbaijan.com portalı arasında  əməkdaşlığın davamlı olması üçün gələcək prespektivlər diqqətə alınıb.

Görüşdə İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva iştirak ediblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.