0
Türkiyə Mərkəzi Bankı (TCMB) həftəlik statistika göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ötən həftə ərzində Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları 798 milyon dollar həcmində azalaraq, 38.611 milyard dollar olub. Müxtəlif valyutalarda saxlanılan ehtiyatların həcmi 245 milyon dollar geriləyərək, 59 milyard 711 milyon dollar olub.
Beləliklə, TCMB ümumi ehtiyatları 98.323 milyard dollar həcmində olub. Bu isə, ötən həftəyə nəzərən, 1.42 milyard dollar, ilin əvvəlinə nəzərən isə 11.89 milyard dollar azalma deməkdir.