İngiltərədə enerjinin qiymətləri artmağa davam edərsə, bu halda növbəti ildə inflyasiya 22.4%-ə çata bilər.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu haqda “Goldman Sachs” xəbərdarlıq edib.
Bu, isə yanvarda enerji qiymətlərinin orta statistik bir ingilis ailəsi üçün daha 80%-ə yaxın bahalaşması proqnozundan sonra gəlib. İnvestisiya bankı, həmçinin proqnoz edir ki, Ümumi Daxili Məhsul (ÜDM) 3.4%-ə yaxın enəcək.
Bazar ertəsi günü “Goldman Sachs” tərəfindən qeyd edilib ki, əgər enerji qiymətləri tənzimlənərsə, bu halda 2023-cü ilin yanvarında inflyasiya 14.8%-ə çata bilər. Bu isə “Bank of England”ın yanvar ayı üçün bu ay proqnozlaşdırdığı 13.3%-lik göstəricidən bir qədər yüksəkdir. Bank, həmçinin, əlavə etmişdi ki, güman ki, 2022-ci 4-cü rübündə ölkə iqtisadi tənəzzül ilə üzləşə bilər. “Yaşayış xərclərinin yüksəlməsi fonunda İngiltərə bu ildən gec olmayaraq iqtisadi tənəzzül ilə üzləşə bilər”, – deyə bank açıqlamasında bildirmişdi.
Qeyd edək ki, “Goldman Sachs”ın bu yeni hesabatı İngiltərənin iqtisadiyyatı üçün ilk deyil. Belə ki, ötən həftə Citi-dən proqnozlaşdırmışdılar ki, 2023-cü ilin yanvarında bu ölkədə inflyasiya 18%-ə yüksələcək.