Home » Avstraliyada işsizlik səviyyəsi 3.5%-ə yüksəlib: “Mərkəzi Bank oktyabrda faiz dərəcələrini artıracaq”

Avstraliyada işsizlik səviyyəsi 3.5%-ə yüksəlib: “Mərkəzi Bank oktyabrda faiz dərəcələrini artıracaq”

by bbnadm
0 comments 0 views 1 minutes read

Son 10 ayda ilk dəfə Avstraliyada işsizlik səviyyəsi avqustda, iyuldakı 3.4%-dən 3.5%-ə yüksəlib.

BBN.az 9 News Australia TV kanalına istinadən xəbər verir ki, ölkənin Statistikalar Bürosunun yeni data-sı göstərib ki, 2022-ci ilin avqustunda təxminən 33.500 iş yeri iqtisadiyyata əlavə edilib (işsizlik səviyyəsi çox olarsa, Mərkəzi Bankların inflyasiya ilə mübarizə aparması asanlaşa bilər-red.). İşsizlik səviyyəsinin 0.1% artmasına səbəb isə bir çox insanların iş yeri axtarmasıdır.

İqtisadçılar isə bu fikirdədirlər ki, əmək bazarı ilə bağlı göstəricilər və ABŞ-dan inflyasiya ilə bağlı son nəticələr, Mərkəzi Bankın oktyabrda faiz dərəcələrini 50 baza bənd artırmasına səbəb olacaq. İnflyasiya ilə mübarizə aparmaq fonunda, faiz dərəcələri hazırki 1.85%-dən 2.85%-ə yüksəldiləcək.

Qeyd edək ki, əvvəl də xəbər verdiyimiz kimi Avstraliya Mərkəzi Bankının rəhbəri Philip Lowe 2021-ci ildə ölkənin 2022-ci illə bağlı inflyasiya proqnozunda səhv etdiyinə görə tənqid edilir. O, isə yanlış proqnozuna görə işdən çıxmaq ilə bağlı bir planının olmadığını deyir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.