![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Fransa enerji təzyiqlərinin yüksəlməsindən dolayı yaranan “Avropalıların Həmrəyliyi” fonunda ilk dəfə Almaniyaya təbii qaz göndərib. Təbii qaz kəmər vasitəsilə göndərilib, iki ölkə arasında addım Rusiyanın Avropa üçün enerji axınını kəsməsindən sonra enerji çatışmazlığının qarşısını almaq üçün atılıb.
BBN.az bu haqda BBC Business-ə istinadən xəbər verir.
Yeni axın Almaniyanın gündəlik ehtyacının 2%-dən azını təşkil etməsinə baxmayaraq, Berlinin enerji diverisifikasiyası üçün olduqca əhəmiyyətlidir və xoş qarşılanıb. Rusiya isə Qərb tərəfindən təbii qaz təchizatını silah kimi istifadə etməsi ilə ittiham edilir. Maksimum gündəlik həcm isə 100 qiqavat-saat olacaq.