![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Kriptovalyuta şirkəti FTX-in sabiq rəhbəri, CEO və sektorun “kral”ı hesab edilən Sam Bankman-Fried ötən gecə Baham adalarında həbs edilib və bir sıra (daha dəqiq-8) kriminal hərəkətlərinə və dələduzluğa görə ittiham edilir.
BBN.az ABŞ-ın TV kanalı NBC News-a istinadən xəbər verir ki, o, FTX müştərilərindən milyardlarla dollar mənimsəməkdə günahlandırılır və qeyd edilib ki, sabiq CEO bu pullardan öz mənafeyi üçün istifadə edib, nəticədə isə 8 milyard dollar itib.
Özünün pik vaxtında isə FTX-in ABŞ-da 2.7 milyon istifadəçisi olub, bir sıra super ulduzlar isə kriptovalyuta şirkətini reklam ediblər. Həmçinin TV kanaldan bildirilib ki, Sam Bankman-Fried 2020-ci ildə prezident seçkiləri (Joe Biden) zamanı on milyonlarla dolları ABŞ siyasi kampaniyası üçün bağışlayıb və hazırda isə qeyd edilir ki, həmin vəsaitlər müştərilərin olub. Ağ Evdən isə vəsaitin qaytarılıb-qaytarılmayacağı ilə bağlı isə bir açıqlama edilməyib. İttihamlarda deyilib ki, milyonlarla vəsait ABŞ-da siyasi məsələlərə təsir göstərmək üçün istifadə edilib.
Hazırda isə FTX-in sabiq rəhbəri leqal komandası ilə birlikdə ittihamları nəzərdən keçirir və özünün leqal seçimlərinə fokus olub. O, ittihamları rədd edir və növbəti ildə məhkəmənin olacağı gözlənilir.