Home » Yanvar-noyabr aylarında Azərbaycana 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs miqrasiya edib

Yanvar-noyabr aylarında Azərbaycana 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs miqrasiya edib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 177 ölkəsindən 1458,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 27,7 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,4 faizi Səudiyyə Ərəbistanı, 5,0 faizi Gürcüstan, 3,6 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla İsrail və Özbəkistan, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 33,8 dəfə, Küveytdən – 22,4 dəfə, Pakistandan – 20,5 dəfə, Səudiyyə Ərəbistanından – 17,2 dəfə, Hindistandan – 13,5 dəfə, Özbəkistandan – 6,7 dəfə, Qazaxıstandan – 4,9 dəfə, İsraildən – 3,9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 3,3 dəfə, ABŞ-dan – 3,0 dəfə, Almaniyadan – 2,6 dəfə, Fransadan – 2,1 dəfə, Böyük Britaniyadan – 1,9 dəfə, Rusiya Federasiyasından – 1,8 dəfə, Ukraynadan – 1,6 dəfə, Türkiyədən – 1,6 dəfə, İrandan – 40,5 faiz, Gürcüstandan – 29,5 faiz artmışdır.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə artaraq 330,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 68,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 515,6 min nəfər olmuşdur.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,6 dəfə artaraq 1361,8 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 15,2 faiz artmışdır. Ölkə vətəndaşlarının 45,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiya Federasiyasına, 12,8 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil etmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.